Xəbərlər

“Azərbaycan Respublikasında Dövlət Qulluğunda İslahatlar” İkitərəfli Layihəsi başa çatıb
16 iyul, 2013 14:14

“Azərbaycan Respublikasında Dövlət Qulluğunda İslahatlar” İkitərəfli Layihəsinin başa çatması ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyasının sədri Bəhram Xəlilov bildirib ki, layihənin həyata keçirilməsinə 2009-cu ilin avqustundan başlanıb. Onun sözlərinə görə, “Azərbaycan Respublikasında Dövlət Qulluğunda İslahatlar” proqramının məqsədi Azərbaycanın mərkəzi icra hakimiyyət orqanlarında dövlət qulluğu sahəsində şəffaf və vətəndaş yönümlü fəaliyyətin inkişaf etdirilməsi, yaxşı idarəetmənin dəstəklənməsi olub. Sədr bildirib ki, layihənin işi komissiyanın təşkilatı imkanlarının gücləndirilməsi, dövlət qulluqçuları üçün təlim və ixtisas sisteminin yaradılması, bacarıqlar əsasında işəgötürmə sisteminin təkmilləşdirilməsi, dövlət qulluğu islahatı üçün strategiya və hüquqi müddəalarla bağlı məsləhət xidmətlərinin yaradılması kimi istiqamətləri əhatə edib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə rəhbəri Henning Tveste bildirib ki, 5 il ərzində Azərbaycanla aparılan əməkdaşlıq çox məhsuldar keçib. Onun sözlərinə görə, gözə çarpan nəticələr əldə edilib və bu nəticələr digər ölkələrdə müsbət nümunə kimi istifadə edilə bilər. Henning Tveste qeyd edib ki, Azərbaycanın standartlaşdırılmış informasiya texnologiyaları əsasında işə qəbul etmə mexanizmi var ki, bu da regionda qabaqcıl nümunədir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.