Xəbərlər

Vaşinqtonda ABŞ Dövlət Protokol xidmətinin rəhbəri səfir K. Marşalın vəzifə müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Səfirliyi tərəfindən rəsmi ziyafət verilib
16 iyul, 2013 14:12

Vaşinqtonda ABŞ Dövlət Protokol xidmətinin rəhbəri səfir Kaprişia Marşalın  vəzifə müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Səfirliyi tərəfindən rəsmi ziyafət verilib. Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən keçirilən tədbirdə diplomatik korpus nümayəndələri, Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri, aparıcı analitik mərkəzlərin mütəxəssisləri və konqresmenlər iştirak ediblər. Azərbaycanın ABŞ-daki səfiri Elin Süleymanov fəaliyyəti dövründə Kaprişia Marşalın əvəzsiz xidmətlərindən bəhs edərək onu  ABŞ-ın görkəmli diplomatı kimi xarakterizə edib və diplomatik korpusa göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Daha sonra çıxış edən  səfir  Marşal məsuliyyətli vəzifəsinin qüsursuz yerinə yetirilməsində əməkdaşlıq edən hər kəsə öz minnətdarlığını ifadə edib.ABŞ Prezidentinin Protokol xidmətinin rəhbəri, səfir Kaprişia Marşal: “Deməliyəm ki, ABŞ Azərbaycanla münasibətlərinin inkişafına xüsusi önəm verir və  hal-hazırda bu  əlaqələr dinamik şəkildə yüksəlir. Ölkənizin ABŞ-daki təmsilçiləri ikitərəfli əlaqələrin inkişafında yaxından iştirak edir. Bu təqdimatların nəticəsində biz qədim tarixə, zəngin mədəniyyətə malik olan ölkənizi daha yaxşı tanımaq imkanı əldə etmişik və ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan daha böyük uğurlara imza atacaq”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.