Dağlıq Qarabağın işğalı beynəlxalq hüququn pozulması deməkdir. Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır. Belə bir aşıqlama ilə Almaniya Xristian-Demokrat İttifaqının millət vəkili, parlamentin Müdafiə Komitəsinin üzvü Otto Henninq çıxış edib. Almaniya Xristian Demokrat İttifaqının deputatı, Parlamentin Müdafiə Komitəsinin üzvü Otto Henninq Avropa Azərbaycan Cəmiyyətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavab verib. Otto Henninq qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğalı 20 ildir davam edir və hələ də problemin sülh yolu ilə həllini görmürük. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının bu məsələyə dair qəbul etdiyi qətnamələr birmənalıdır. Dağlıq Qarabağın işğalı beynəlxalq hüququn pozulması deməkdir. Almaniya bu məsələdə BMT Təhlükəsizlik Şurasını dəstəkləyir.
Ermənistan Dağlıq Qarabağın işğalına son qoymalıdır. Ondan sonra məcburi köçkünlər öz torpaqlarına qayıda bilər. Almaniya Bundestaqının Müdafiə Komitəsinin üzvü Otto Henninqenin fikrincə, əsl sülhə nail olmazdan əvvəl Azərbaycanla Ermənistan arasındakı vəziyyət normallaşdırılmalıdır. Hazırkı vəziyyətdə Ermənistanın güzəştə getməsi şərtdir.