Kiyevdə “Şərq Tərəfdaşlığı” ölkələrində əmək miqrasiyası” mövzusunda konfrans keçirilib
11 iyul, 2013 11:24
Kiyevdə “Şərq Tərəfdaşlığı” ölkələrində əmək miqrasiyası” mövzusunda keçirilən konfrans başa çatıb. Konfransda Azərbaycanın nümayəndə heyətinin ölkəmizdə əmək miqrasiyasının hazırkı vəziyyəti, bu sahənin qanunvericiliklə tənzimlənməsi, qarşıya çıxan problemlər və onların aradan qaldırılması ilə bağlı görülən işlər barədə məlumat verilib. Tədbirdə “Şərq tərəfdaşlığı” ölkələrində miqrasiya prosesləri ilə əlaqədar həyata keçirilən layihələr, bu istiqamətdə beynəlxalq əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparlıb.