Bolqarıstanda hökumət əleyhinə nümayişlər davam edir
11 iyul, 2013 11:18
“Euronews”-un məlumatına görə Bolqarıstanda hökumət və prezident Plamen Oreşarski əleyhinə nümayişlər davam edir. Etriazçılar prezidenti özbaşınalıq və əhalinin sosial problemlərinə laqeydlikdə ittiham edirlər. Paytaxt Sofiya və digər iri şəhərlərdə sakinlərin nümayişlərə çıxmasına media maqnatı Delyan Pivskinin dövlət təhlükəsizliyi xidmətinin rəhbəri seçilməsi səbəb olub. Nümayiş iştirakçıları hökumətin istefasını və təkrar parlament seçkilərinin keçirilməsini tələb edirlər.