Yazıda Bakının gözəlliyindən, qədim İçərişəhərdən, müasir memarlıq nümunələrindən söhbət açılır.
Ölkələrin uzun siyahısına nəzər salsaq görərik ki, Azərbaycan bu ailənin heç bir üzvünə oxşamır. Qafqaz hətta bəzən xəritədə tapmağa çətinlik çəkdiyimiz, haqqında yaranmış yanlış fikirləri silməyə qadir regiondur. Şimaldan Gürcüstan və Rusiya, qərbdən Ermənistan və Türkiyə, cənubdan İranla həmsərhəd olan, qədim İpək Yolunun üzərində yerləşən Azərbaycan şərq tərəfdən Xəzər dənizi ilə əhatə edilib.
Keçmiş Sovet İttifaqı respublikalarından biri olan Azərbaycanın paytaxtı Bakı yeraltı karbohidrogen ehtiyatları ilə zəngin ölkənin əsl vitrinidir.
Planetin neft istehsal edən ən böyük ölkələri arasında Azərbaycan 2010-cu ildə 50 milyard ton neft və 30 milyard kubmetr qaz istehsal etmişdir. Bu rəqəmlər və ölkənin vitrini olan sonsuz memarlıq və işıqlı reklamları ilə paytaxt Bakını görəndə niyə buranın kiçik Dubay adlandırıldığını başa düşmək asan olur.