Bakıda sərnişin avtobusu bir neçə avtomobillə toqquşub, ölən və xəsarət alanlar var, aeroport şossesində böyük tıxac yaranıb
10 iyul, 2013 09:25
Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün səhər saat saatlarında aeroport yolunun Suraxanı rayonundan keçən hissəsində qeydə alınıb.
214 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu bir neçə avtomobillə toqquşub. Qəza nəticəsində ölən və xəsarət alanlar var.
Qəza nəticəsində aeroport yolunda böyük tıxac yaranıb.
Hazırda Bakı Şəhər Dövlət Yol Polisi əməkdaşları aeroport yolunda nəqliyyatın hərəkətini bərpa edirlər.