Xəbərlər

ARDNŞ-nin TAP layihəsində payı 20 faiz olacaq
10 iyul, 2013 16:12

ARDNŞ, BP və Total Trans-Adriatik boru kəməri (TAP) layihəsində 50 faiz (müvafiq olaraq 20, 20 və 10 faiz) iştirak payı alacaq.bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda bu prosesin rəsmiləşdirilməsi üzrə işlər aparılır.

R,Abdullayev deyib ki, "Şahdəniz" yatağının işlənməsi üzrə tərəfdaşlar ilin sonuna kimi Azərbaycan qazının Avropaya tədarükü çərçivəsində bütün saziş və müqavilələri razılaşdıracaq və imzalayacaq ki, bu da 2013-cü ilin sonunda "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi layihəsi üzrə son maliyyə qərarını qəbul etməyə imkan verəcək.

Onun sözlərinə görə, artıq alıcılardan qaz üçün təsdiq olunan qiymətlər alınıb, o cümlədən müqavilələr üzərində işlər gedir.

ARDNŞ rəhbəri qeyd edib ki, hazırda Azərbaycan qazının Avropaya tədarükü marşrutunun tərkib hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) reallaşdırılması çərçivəsində də işlər davam edir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.