Xəbərlər

Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində ölkəmizə həsr olunan fotosərginin açılışı olub
09 iyul, 2013 12:15

İyulun 5-də Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində ölkəmizə həsr olunan fotosərginin açılışı olub. Daha sonra mərasim caz konserti ilə davam edib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib. Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində iyulun 5-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyeva Kann şəhərinin meri Bernar Broşanla görüşüb. Görüşdə bir daha Kannda keçirilən Azərbaycan mədəniyyət günlərinin əhəmiyyəti vurğulanıb və şəhər ictimaiyyəti, bura gələn turistlər arasında bu mədəniyyət tədbirlərinin doğurduğu əks sədadan məmnunluq ifadə olunub. Bernar Broşan iyulun 4-də Kannda açılışını Azərbaycanın etdiyi pirotexnika festivalının minlərlə insan tərəfindən izlənildiyini bildirib. Görüşdə Azərbaycanla Kann arasında mədəniyyət sahəsində əlaqələrin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd olunub, bununla bağlı artıq bəzi layihələrin nəzərdən keçirildiyi bildirilib. Bernar Broşan Azərbaycanın 1-ci xanımı Mehriban Əliyevaya Kann şəhərinin fəxri sakini diplomunu təqdim edib. Daha sonra bu şəhərdə keçirilən Böyük Səkkizliyin sammiti zamanı iştirakçı ölkələrin şərəfinə hazırlanan heykəlciyin Azərbaycan bayrağı ilə bəzədilmiş nüsxəsi Mehriban Əliyevaya təqdim olunub. İyulun 5-də axşam Kannda Azərbaycanın tərənnümünə həsr olunmuş foto sərginin açılışı olub. Bu sərgi ilk növbədə xalqımızın qədim adət-ənənələrini, onun dünəni və bu gününü təqdim edir. Təbii ki, əsas məqsəd Azərbaycanın malik olduğu mədəni dəyərləri və bundan irəli gələn zənginliyi olduğu kimi Avropa tamaşaçılarına çatdırmaqdır. Əslində, burada nümayiş olunan hər bir foto özlüyündə bir sənət əsəri olmaqla Azərbaycanda inkişaf proseslərini dolğun şəkildə canlandırır. Şərqlə Qərbin qovuşmasında yerləşən ölkəmizdə əsrlərin dili ilə danışan abidələrimiz, Bakının simvoluna çevrilən Qız qalası, Şirvanşahlar sarayı, Içərişəhər tarixi memarlıq qoruğu bu gün olkəmizin tarixini, onun mədəniyyətini yetərincə əks etdirir. Indi Bakı həm də müasirliyi ilə öyünür, bu gün Azərbaycan paytaxtını yeni memarlıq elementləri bəzəyir. Heydər Əliyev Mərkəzi, Alov qüllələri indi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakının yeni simvollarıdır. Bütün bunlar təsdiqləyir ki, indi Azərbaycanın yeni siması formalaşır: güclü, inkişaf edən və gələcəyə böyük ümidlərlə baxan Azərbaycan! Və Bakı Azərbaycanın inkişaf tempini dünyaya aydın nəzərlərlə sərgiləyir. Bu fotosərginin daha bir özəlliyi Azərbaycan adət-ənənəsini, məişətini, yaşam tərzini yetərincə əks etdirməsidir. Bir sözlə, hər bir foto Azərbaycandan danışır, hər bir fotoda soydaşlarımızın iç dünyası, tarix boyu yaratdığı və bu günə qədər qoruyub saxladığı maraqlı və bənzərsiz bir dünya var. Mədəniyyət günləri çərçivəsində Azərbaycan incəsənət ustalarının iştirakı ilə caz konserti də keçirilib. Əvvəlcə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tamaşaçılara zəngin Azərbaycan mədəniyyəti barədə məlumat verib. Bildirib ki, tarixən Azərbaycan mədəniyyət müxtəlifliyinin hökm sürdüyü məkan kimi tanınıb və ənənə bu gün də davam edir. Elçin Əmirbəyov Azərbaycan musiqisinin bütün dünyada məhşur olduğunu, muğam sənətinin dünyada tanıdılması istiqamətində bir çox işlərin görüldüyünü, ölkəmizdə caz musiqisinin də böyük ənənənlərinin olduğunu  deyib. O, bu günkü konsertdə Azərbaycanın gənc cazmenləri olan Şahin Növrəslinin, İsfar Sarabskinin və istedadlı müğənni  Səbinə Babayevanın çıxışlarının tamaşaçılarda böyük maraq yaradacağına əmin olduğunu bildirib.   Sonra konsert başlayıb. Bu axşam Kannda Azərbaycanın incəsənət xadimlərinin ifasında sərbəstliyi ilə seçilən caz sədaları səslənib. Müstəqil, yüngül, eyni zamanda dərin və mənalı musiqi... Bütün bunları  caza aid etmək olar. Bu axşam Azərbaycan məhz bu musiqinin təqdimatı ilə Kannın qəhrəmanı olub.  Ölkəmizdə çox dərin caz ənənləri var. Səbəblərdən biri isə odur ki, Azərbaycanın musiqi mədəniyyətinin əsasında bütövlkdə improvizasiya durur. Bu, bizi caza daha da yaxınlaşdırır. Azərbaycan Vaqif Mustafazadə, Rafiq Babayev kimi caz ifaçıları ilə fəxr edə bilər. Azərbaycan cazının əsasında milyonlarla azərbaycanlının içindən gələn müstəqillik və eyni zamanda milli ab-havanının birləşməsi ilə yaradılan  fərqli və orijinal bir caz dayanır. Bu, Azərbaycan cazının əfsanəsi adlandırılan Vaqif Mustafazadənin muğamdakı improvizasiyalara caz elementlərinin qarışığı ilə təqdim etdiyi yeni mükəmməl tandem - jaz-muğam üslubudur. Beləliklə, Azərbaycan Kann tamaşaçılarının qarşısına fərqli ovqat bəxş edən çılğın caz kompozisiyaları ilə çıxıb. Bu gün Kann şəhərinin ruhunda heç bir qaydalara tabe olmayan, öz qanunları ilə yaşayan, bəzən şıltaqlığı ilə fərqlənən və yalnız improvizasiyanı hər şeydən üstün tutan caz ritmləri hökm sürüb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.