Xəbərlər

Obama müqəddəs Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib
09 iyul, 2013 11:54

ABŞ prezidenti Barak Obama müqəddəs Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib. Bu barədə məlumat verib.

"Ramazan müsəlmanlar üçün dərin düşünmə, din və etiqad vaxtıdır. Bu, həmçinin, ailələr və dostlar üçün birgə yığışmaq və müxtəlif dinlərdən olan insanları birləşdirən ədalət, bərabərlik və bir-birinə şəfqət prinsiplərini reallaşdırmaq imkanıdır. Bu əlaqələr bir çox hallarda bizləri ayıran fərqlilikdən daha möhkəmdir" - deyə Obama bildirib.

Onun sözlərinə görə, amerikalı müsəlmanlar ölkənin inkişafına öz töhfəsini verir, hökumətdə, elm, biznes və xeyriyyəçilik sahələrində işləyir.

Obama qeyd edib ki, ötən 4 il ərzində olduğu kimi, bu il də bir qrup müsəlmanı Ağ Evdə iftar süfrəsinə dəvət edəcək.

ABŞ prezidenti Yaxın Şərq və Afrika müsəlmanlarını əmin edib ki, Vaşinqton onların ölkələrində demokratik dəyişikliklərin olması üçün fəaliyyət göstərəcək.

Qeyd edək ki, ABŞ-da 2.6 milyon müsəlman - əhalinin 1 faizi - yaşayır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.