Xəbərlər

Prezident İlham Əliyev: Enerji təhlükəsizliyinin təmini sahəsində birgə iş Azərbaycan-ABŞ münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib
03 iyul, 2013 22:03

Bu gün Azərbaycan ilə Birləşmiş Ştatları möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir.  Bunu Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya təbrik məktubunda deyib.

İlham Əliyev bildirib ki, enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə işimiz münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Dünyanın ən qaynar nöqtələrində beynəlxalq birliyin sülhyaratma missiyasında iştirakımız tərəfdaşlığımızı daha da möhkəmləndirir:

"Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər bizim üçün xüsusi əhəmiyyət daşıyır. Ötən dövrdə bu münasibətlərin keçdiyi böyük inkişaf yolu məmnunluq doğurur.

Biz, həmçinin xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.

Hörmətli cənab Prezident, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm".

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.