Xəbərlər

Londonda Britaniya-Azərbaycan münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
03 iyul, 2013 21:53

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Londonda "Siyasi gündəliyin əhatəsini genişləndirmək: Britaniya və Azərbaycan münasibətləri Avropa kontekstində" mövzusunda konfrans keçirəcək.

SAM-ın mətbuat xidmətindən verilən məlumata görə, iyulun 4-də London şəhərində (Böyük Britaniya) Mərkəzin və Birləşmiş Krallığın Müdafiə və Təhlükəsizlik Tədqiqatlar İnstitutunun (Royal United Services İnstitute for Defence and Security Studies (RUSI) birgə təşkilatçılığı ilə "Siyasi gündəliyin əhatəsini genişləndirmək: Britaniya və Azərbaycan münasibətləri Avropa kontekstində" mövzusunda konfrans keçiriləcək.

Konfransda "Maliyyə böhranı zamanı Avropanın Cənubi Qafqaza yardımı", "Dağlıq Qarabağ münaqişəsində Böyük Britaniyanın rolu", "Britaniya-Azərbaycan: əməkdaşlıq üçün perspektivlər" kimi mövzuların müzakirəsi planlaşdırılır.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, SAM-ın direktoru Fərhad Məmmədov, direktor müavini Gülşən Paşayeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Zaur Şiriyev daxildir.

Tədbirdə Avropa İttifaqı naziri David Lidinqton, Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Xəzər İbrahim, Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Piter Beytman, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov və s. iştirakı nəzərdə tutulub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.