Xəbərlər

Deputat: Azərbaycan Koreya üçün çox mühüm potensial strateji tərəfdaşdır
03 iyul, 2013 21:51

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan böyük iqtisadi və siyasi stabilliyə nail olub. Azərbaycanın zəngin təbii ehtiyatları var və çox vacib geosiyasi məkanda yerləşir. Azərbaycan Qara dəniz və Xəzər dənizi arasında strateji mərkəz, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Avropanı birləşdirən körpü rolunu oynayır. Ona görə də Azərbaycan Koreya üçün çox mühüm potensial strateji tərəfdaşdır.

Bunu  açıqlamasında Koreya Respublikası Parlamentinin - Koreya Milli Assambleyasının Xarici əlaqələr, ticarət və unifikasiya komitəsinin üzvü, Milli Assambleyanın Unifikasiya, xarici əlaqələr və təhlükəsizlik forumunun sədri Hvang Jin Ha bildirib.

Koreyalı parlamentarinin fikrincə, iki ölkə arasında əlaqələri inkişaf etdirmək üçün diplomatik münasibətləri, o cümlədən ictimai təsisatlar, xalqlar, kütləvi informasiya vasitələri arasında əlaqələri gücləndirmək lazımdır. Bu əlaqələr genişləndikcə onlar möhkəmlənəcək.

İki ölkənin parlamentləri arasında əlaqələrin səviyyəsindən razı olmadığnı deyən Hvang Jin Ha bununla belə Azərbaycan və Koreya arasında əlaqələrin gələcəyinə çox nikbin yanaşır:

"Hazırda Koreya və Azərbaycan parlamentləri arasında əlaqələrin səviyyəsi o qədər də qənaətbəxş deyil. Lakin iki ölkənin iqtidarda olan siyasi partiyaları arasında yaxşı əlaqələr mövcuddur. Koreyanın hakim Senuri Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələr çox sürətlə inkişaf edir. Biz onların imkanlarından istifadə edərək iki ölkə arasında əlaqələri də inkişaf etdirə bilərik. Daha sonra bu münasibətləri parlament müstəvisinə çıxarmaq lazımdır".

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.