Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Vyetnam Kommunist Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov qonarları salamlayaraq qeyd edib ki, Azəbaycan ilə Vyetnam arasında isti münasibətlər mövcuddur. Əhmədov bundan sonra da bu əlaqələrin daha da gücləndirilməsinin vacibiyini vurğulayıb. Əhmədov, həmçinin təhsil sahəsində də iki ölkə arasında səmərəli mübadilənin olduğunu diqqətə çatdırıb.
Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Vyetnam Parlamentinin sədr müavini Uonq Çu Lu Azərbaycana səfərə gəldiyindən şad olduğunu qeyd edərək bildirib ki, ötən illər ərzində Azərbycanda mühüm irəliləyişlər baş verib.
Qonaq təmsil etdiyi partiyanın iki ölkənin hakim partiyaları, eyni zamanda xalqları arasında əlaqələrin bundan sonra daha da inkişaf etməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Uonq Çu Lu eyni zamanda iki ölkənin hakim partiyaları arasında təcrübə və fikir mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
Qonaq qeyd edib ki, iki partiya arasında əlaqələrin gücləndirilməsi eyni zamanda iki ölkənin xalqarı arasında da münasibətlərin genişlənməsinə öz töhfəsini verir.
Qonaq, həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın vacibliyinin diqqətə çatdırıb. Qonaq habelə YAP-ı Vyetnama səfərə dəvət edib.