Xəbərlər

BMT Baş Məclisinin nümayəndə heyəti İqtisadi İnkişaf Nazirliyində olub
19 iyun, 2013 22:26

İyunun 18-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin 67-ci sessiyasının prezidenti Vuk Yeremiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən iri layihələr barədə geniş məlumat verib. Qeyd edilib ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda siyasi və makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb, iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısıdır.

Azərbaycanın BMT ilə əlaqələri yüksək səviyyədədir. Bununla belə, regionun potensialının tam reallaşdırılmasına ən böyük maneə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir və BMT problemin tezliklə beynəlxalq hüquq normalarına uyğun həlli, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası üçün səylərini artırmalıdır.

Baş Məclisin 67-ci sessiyasının prezidenti Vuk Yeremiç Azərbaycana səfərindən və ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edib, Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı rolunu yüksək qiymətləndirib, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.