Türkiyə futbolu əcnəbi oyunçulardan "təmizlənir"
18 iyun, 2013 22:52
Türkiyə Futbol Federasiyası (TFF) yerli klublarda əcnəbi futbolçuların sayı ilə bağlı qərar qəbul edib. Bu barədə "Sabah" qəzetinə istinadən məlumat verir.
Qərara əsasən, Türkiyə Super Liqasında çıxış edən klublar 2013-2014 futbol mövsümündə heyətlərinə ən çox 10 əcnəbi oyunçu daxil edə, oyunlar zamanı 18 nəfərlik siyahıya isə 6 futbolçu sala bilərlər. 2014-2015 mövsümündə isə ən çox 8 əcnəbi futbolçuya, 18 nəfərlik start heyətində isə 5 oyunçuya yer veriləcək.
"Qalatasaray" klubunun prezidenti Ünal Aysal bu qərarın yerli klubların beynəlxalq turnirlərdə uğurlarına zərbə vuracağını bildirib.