Putin: Rusiya Suriyaya leqal müqavilə üzrə silah tədarük edir
18 iyun, 2013 22:50
Rusiya Suriyanın leqal hökumətinə leqal müqavilə üzrə silah tədarük edir və əgər gələcəkdə belə müqavilələr imzalansa, tədarüklər də həyata keçiriləcək. RİA Novosti-yə istinadən məlumat verir ki, bunu RF Prezidenti Vladimir Putin G8 sammitinin yekunları üzrə keçirilən mətbuat konfransında bildirib.
Putin deyib: "Tədarükdən tədarükə fərq var. Biz leqal hökumətə leqal müqavilə üzrə silah tədarük edirik. Bu, Prezident Bəşşar Əsəd hökumətidir. Əgər belə müqavilələr imzalasaq, silah tədarük edəcəyik".
Bununla yanaşı, o, avropalı tərəfdaşları Suriya müxalifətinə mümkün silah tədarükü ilə bağlı riskləri bir daha qiymətləndirməyə çağırıb.
RF Prezidenti qeyd edib: "Bizim nəzər nöqtəmiz mənəvi, hüquqi baxışdır və tamamilə nöqsansızdır".