Xəbərlər

Senator: Heydər Əliyevin abidəsinin yerinin dəyişdirilməsi barədə qərar Meksika hökumətinin mövqeyini əks etdirmir
14 iyun, 2013 21:14

Heydər Əliyevin abidəsinin yerinin dəyişdirilməsi barədə qərar Meksika hökumətinin mövqeyini əks etdirmir.  Bu barədə cümə günü Bakıda jurnalistlərə açıqlamasında Meksika Senatının Enerji komitəsinin sədri, senator David Pençina Qrub bildirib.

Senator bildirib: "Bu yalnız mənim mövqeyim yox, həm də Meksika Senatının mövqeyidir. Vəziyyət hökumət tərəfindən yox, yerli hökumət səviyyəsində yaradılıb. Biz də onunla razı deyilik".

Onun sözlərinə görə, bu vəziyyət Meksika xalqının Azərbaycana münasibəti ilə ümumi heç nəyə malik deyil.

Senator vurğulayıb: "Biz bunun baş verdiyinə görə təəssüflənirik. Biz bütün xalqlara hörmətlə yanaşırıq və Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rolu anlayırıq".

David Pençina Qrub qeyd edib ki, bu qərar xalqların mövqeyini əks etdirmədiyindən ikitərəfli münasibətlərdə əks oluna bilməz: "Bunu keçmişdə saxlamaq və müsbət məqamlara diqqət ayırmaq lazımdır".

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.