Xəbərlər

Bakı-Şamaxı-Yevlax yolu bağlana bilər
13 iyun, 2013 22:52

Bakı-Şamaxı-Yevlax yolunda vəziyyət təhlükəli həddə çatıb.

 Kəpəz TV-yə istinadən məlumat verir ki, buna səbəb yolda son günlər baş verən sürüşmələrdir. Son vaxtlar intensiv yağan yağıntılar nəticəsində Qobustan-Şamaxı aşrımındakı 18 sürüşmə zolağı var ki, onlardan artıq 3-ü aktivləşib. Şamaxı və Qobustan rayonları arasında uçqunlar gündən-günə çoxalır.

Adıçəkilən sürüşmə zonasında təxminən iki ildir ki, aktivləşmə müşahidə edilir. Sürüşməyə intensiv yağan yağışların səbəb olduğu bildirilir. Son zamanlar baş verən yeraltı təkanlar isə sürüşməni daha da intensivləşdirib. Bunun nəticəsində yollarda çalalar yaranıb ki, bu da həmin yoldan istifadə edən nəqliyyat vasitələri üçün təhlükə mənbəyinə çevrilib.

Sürüşmə magistral yolun hərəkət istiqamətində olduğundan, başlıca olaraq ərazidən keçən avtomobillər üçün ciddi təhlükə yaradır. Hətta bu aşırımda yolun bir hissəsi tamamilə çökdüyündən alternativ yol çəkilib. Buna baxmayaraq, yollarda aktivlik var və təhlükə qaçılmaz hala gəlib.

Yolun 106 km-də isə daha çox qəzalı vəziyyət yaşanır. Yol bir tərəfdən uçquna məruz qalıb, digər tərəfdən isə ensiz olması hərəkətə mane olur.

Əraziyə nəzarət edən Yol İstismar İdarəsinin baş mühəndisi Ağaxan Nəcəfov yolları mütəmadi olaraq təmir etdiklərini bildirib. Mühəndis onu da bildirib ki, yaxın günlərdə yoldakı mövcud problemin həlli üçün işlərə başlanacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.