Xəbərlər

Vətəndaşların əmək hüquqlarının müdafiəsi daim gücləndirilir
13 iyun, 2013 22:43

18 iyun - İnsan Hüquqları Günü ilə əlaqədar olaraq, iyunun 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhəri üzrə 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən "İnsan hüquqlarının qorunması və işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdə aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının, işəgötürənlərin, həmkarlar təşkilatlarının, müxtəlif KİV-lərin təmsilçiləri iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, "dəyirmi masa"nı giriş sözü ilə açan Müfəttişliyin rəisi Şəfa Əliyev Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində dinamik sosial-iqtisadi inkişafın təmin olunduğu respublikamızda insan hüquq və azadlıqlarının təminatının, o cümlədən işçi hüquqlarının müdafiəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib. Əmək hüquqlarına əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində son illərdə sosial tərəfdaşlarla birgə həyata keçirilən tədbirlər barədə məlumat verilərək, eyni zamanda bu sahədə prioritet vəzifələrdən danışılıb.

İşəgötürənlərin nümayəndələri təmsil etdikləri müəssisələrdə əmək hüquqlarının qorunması, əməyin mühafizəsinin gücləndirilməsi sahəsində görülən işlər barədə söz açıblar.

Sonra Müfəttişliyin məsul əməkdaşları və digər tədbir iştirakçılarının iştirakı ilə qarşılıqlı dialoq şəklində müzakirələr, fikir mübadiləsi aparılıb, tədbirin iştirakçılarına insan hüquqlarının qorunması və işçilərin əmək hüquqlarının gücləndirilməsi barədə maarifləndirici məlumat kitabçası paylanıb.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.