Xəbərlər

İranda prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası başa çatıb
12 iyun, 2013 22:46

İranda bu gün prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasının son günü idi.

 Tehrandakı xüsusi müxbirinin məlumatına görə, cümə günü keçiriləcək seçkilərdə öz namizədlərinə dəstək olmaq məqsədilə Tehranın Vəliəsr, İnqilab, Vənək, Fələstin Meydanı və digər xiyabanlarında prezidentliyə namizədlər Məhəmməd Baqir Qalibaf, Həsən Ruhani, Möhsin Rzayi, Səid Cəlili və Əli Əkbər Vilayətinin tərəfdarları küçə yürüşləri təşkil ediblər.

Onlar hər biri öz namizədlərinin atributları olan bənövşəyi, göy, və ağ rəngdə şal və parçalardan istifadə ediblər, namizədlərin şəkillərini daşıyıb, xiyabanlarda əhalini dəstəklədikləri namizədlərə səs verməyə çağırıblar.

Eyni zamanda, namizədlərin diskləri, həmçinin, şirniyyatlar, meyvə şirələri paylayıblar.

Trend həmin dəstək yürüşlərinin fotorepartajını təqdim edir.

Qeyd edək ki, ölkədə prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.