Xəbərlər

Fikrət Məmmədov Türkiyənin Baş prokuroru ilə görüşüb
12 iyun, 2013 22:34

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş prokuroru Həsən Ərbilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən  verilən mləumata görə, tarixən qədim köklərə bağlı olan dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirən nazir dövlətlərimizin rəhbərlərinin müntəzəm qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafında xüsusi rolunu vurğulayıb, zəngin müqavilə bazasına söykənən hüquqi əlaqələrin əhəmiyyətini qeyd edib, Baş prokurorun səfərinin qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsinə böyük təkan verəcəyini söyləyib.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, qabaqcıl İKT-lərin və elektron xidmətlərin tətbiqi, həmçinin hakimlərin ən şəffaf seçimi və tədrisi barədə məlumat verib, bu sahədə qardaş Türkiyənin dəstəyini təqdir edərək tədris tədbirlərində türk prokurorlarının iştirakını vurğulayıb.

Milli qurtuluş günün 20 illiyi ərəfəsində ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edən Həsən Ərbil Azərbaycan və Türk liderlərinin sayəsində iki dövlət arasında qurulmuş münasibətlərin ən yüksək səviyyəyə çatdığını bildirib, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın qazandığı nailiyyətləri təqdir edərək səfər zamanı hərtərəfli dinamik tərəqqidən heyran qaldığını vurğulayıb. Qonaq hüquqi sahədə əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əmin olduğunu bildirib, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Görüşdə həmçinin, iki ölkənin Ədliyyə akademiyaları arasında əməkdaşlıq, inzibati ədliyyə, hakimlərin və prokurorların tədrisi, habelə penitensiar infrastrukturun müasirləşdirilməsi və digər maraq kəsb edən məsələlər üzrə faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.