İlham Əliyev Filippin Prezidentini təbrik edib
11 iyun, 2013 22:17
Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti III Beniqno Akinoya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Filippin Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Filippin arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına daim sülh və firavanlıq arzulayıram".