Azərbaycan Prezidenti İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
11 iyun, 2013 22:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmaləddin İhsanoğlunu qəbul etmişdir.
Görüşdə Azərbaycanın İslam Əməkdaşlıq təşkilatının bütün strukturlarındakı uğurlu fəaliyyətinin önəmi qeyd olundu, təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.