Xəbərlər

İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının baş katibini qəbul edib
11 iyun, 2013 21:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyani Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət başçılarının salamlarını Azərbaycan Prezidentinə çatdırdı.

Görüşdə Fələstinə yardım göstərilməsi üzrə Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Körfəz ölkələri arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirildi, münasibətlərimizin ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyi qeyd edildi. Söhbət zamanı əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin önəmi diqqətə çatdırıldı, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət başçılarının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Körfəz dövlətlərinin başçılarına çatdırmağı xahiş etdi.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.