İlham Əliyev AŞ PA Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib
11 iyun, 2013 21:41
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.