Xəbərlər

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib
09 iyun, 2013 23:32

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı mütəşəkkil qaydada davam etdirilən açıq müsabiqələr çərçivəsində iyunun 9-da 415 namizədin iştirakı ilə növbəti test imtahanı keçirilib.

 Ədliyyə nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, namizədlərin çoxluğu ilə fərqlənən ixtisas imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə aşkarlıq şəraitində vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında keçirilib və imtahanı yerli və beynəlxalq müşahidəçilər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri izləyiblər.

Şəffaflığın təmin edilməsi məqsədilə imtahan prosesi internetdə "on-line" rejimində birbaşa yayımlanıb.

İmtahanda namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub. Yekun nəticələrə görə, 95 namizəd müvəffəqiyyət qazanıb.

Qeyd edilir ki, müsabiqədə iştirak edən hüquqşünasların test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə onlar üçün Ədliyyə Akademiyasında hazırlıq kursu təşkil olunub.

Test imtahanında müvəffəqiyyət qazanmış namizədlər söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 iş günü ərzində, saat 09-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Sənədlərin siyahısı nazirliyin internet səhifəsində yerləşdirilib.

Ədliyyə orqanlarına qulluğa qəbul üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır.

Söhbətin vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcəkdir.

Test imtahanının nəticələri haqqında Ədliyyə Nazirliyinin (www.justice.gov.az) və TQDK-nın (www.tqdk.gov.az) internet saytlarından, eləcə də (012) 538-01-62, (012) 538-08-15 nömrəli telefonlar vasitəsilə ətraflı məlumat almaq olar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.