Xəbərlər

Bakıda Roland Kobianın diplomatik missiyasının başa çatması ilə əlaqədar rəsmi qəbul təşkil olunub
07 iyun, 2013 22:10

Bakıda Türkiyə səfirliyində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobianın diplomatik missiyasının başa çatması ilə əlaqədar rəsmi qəbul təşkil olunub.

Tədbirdə Azərbaycanda akkreditə olunmuş səfirlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun Roland Kobianı çox gözəl bir insan və peşəkar diplomat kimi dəyərləndirib: "Burada işlədiyim səkkiz ay ərzində onunla sırf dostluq əlaqələri qurmuşam. Ona yeni iş yerində uğurlar arzulayıram. Dost kimi onunla əlaqə saxlayacağam. Roland Kobia sözün düzünü deyən insandır və mən hiss etdim ki, o, Azərbaycana yaxşı bir dostdur".

Daha sonra çıxış edən Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç diplomatik korpus adından bildirib ki, onun burada işlədiyi dörd il ərzində Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr daha da möhkəmlənib: "Kobia çox cavandır, eyni zamanda, çox təcrübəli bir diplomatdır. Ona yeni vəzifəsində uğurlar arzulayırıq".

Sonda söz alan tədbirin səbəbkarı Roland Kobia xoş sözlərə görə hamıya təşəkkürünü bildirib: "Çox simvolikdir ki, Türkiyə Avropa İttifaqı üçün belə bir tədbir təşkil edib. Burada işlədiyim 4 il mənim üçün çox yaddaqalan oldu. Mən vidalaşmıram, sadəcə sagollaşıram".

Sonda Roland Kobiaya xatirə hədiyyələri təqdim olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.