Xəbərlər

"Şahdəniz-2" layihəsi üçün Azərbaycanda aparılmış ətraf mühit və sosial tədqiqatlar ictimaiyyətə təqdim olunur
07 iyun, 2013 21:58

BP şirkəti "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin operatoru kimi elan edir ki, Azərbaycanda "Şahdəniz-2" layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı hazırdır və tanış olmaq, həmçinin rəy və təklifləri bildirmək məqsədilə ictimaiyyətə təqdim olunur.

BP-dən  verilən məlumata görə, ƏMSSTQ sənədinin asanlıqla əldə edilə bilməsi üçün layihə variantının nüsxələri ictimai yerlərdə, o cümlədən bir sıra kitabxanalarda yerləşdirilib. Bundan əlavə, həmin sənədə tədqiqatların qeyri-texniki aspektlərini əhatə edən qısa xülasə və sənədin ictimaiyyətə təqdim olunduğu müddət ərzində ƏMSSTQ-nin layihə variantına dair rəy və təklifləri qəbul etmək və nəzərə almaq məqsədilə hazırlanmış rəy formaları da əlavə olunub. Sənədin layihə variantı həm Azərbaycan, həm də ingilis dilində BP Azərbaycan şirkətinin veb-saytında da yerləşdirilib: www.bp.com/xezer.

ƏMSSTQ sənədində ətraf mühitin və sosial sahənin mövcud vəziyyəti, planlaşdırılan obyektlərin layihəsi, inşası və istismarı, gələcək fəaliyyətlərin proqnozlaşdırılmış təsirləri, həmçinin ətraf mühitə və əhaliyə hər hansı potensial əks təsirlərin qarşısının alınması, minimuma endirilməsi və azaldılması üçün görüləcək tədbirlər təsvir olunur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.