Xəbərlər

Azərbaycan və Litva parlamentləri arasında əlaqələrin inkişafı müzakirə olunub
07 iyun, 2013 21:56

Litvanın Avropa İttifaqında sədrliyinə həsr olunmuş "Dəyərlər və siyasət: Avropanın xristian kökləri" adlı konfransda iştirak etmək üçün Litvanın paytaxtı Vilnüs şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Litva Seyminin sədr müavini Algirdas Sysas ilə görüşüb.

Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Litva parlamentləri arasında əlaqələrin inkişafı, Litvanın sədrliyi dövründə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycanla münasibətlərin daha da dərinləşdirilməsi, beynəlxalq təşkilatlarda hər iki ölkənin millət vəkillərinin əməkdaşlığı məsələləri müzakirə olunub.

Seymin vitse-spikeri Algirdas Sysas Azərbaycan tərəfindən ilk dəfə olaraq xarici ölkə QHT-ləri üçün maliyyə yardımı müsabiqəsi elan edilməsi və bura Litva QHT-lərinin də daxil edilməsindən məmnun olduğunu və bu müsabiqədə Litva təşkilatlarının fəal olmaları üçün çalışacaqlarını bildirib.

Millət vəkili Azay Quliyev, həmçinin cari ilin iyul ayında İstanbulda keçiriləcək ATƏT Parlament Assambleyası zamanı Azərbaycan tərəfindən irəli sürüləcək vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı layihənin qəbul olunmasında Litva deputatlarının dəstəyinə ümid edildiyini qeyd edib.

Litva Seymində faliyyət göstərən xarici dövlətlərlə dostluq qrupları arasında Azərbaycanla dostluq qrupunun ən böyük qruplardan olması məmnuniyyətlə ifadə edilib.

Görüşdə səfir Həsən Məmmədzadə də iştirak edib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.