Xəbərlər

Mehriban Əliyeva: Azərbaycan artıq altıncı dəfə "Eurovision" mahnı müsabiqəsində uğurla təmsil olunub
07 iyun, 2013 21:52

İyunun 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva may ayında İsveçin Malmö şəhərində keçirilmiş "Eurovision-2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov ilə görüşmüşdür.

Azərbaycanın birinci xanımı Fərid Məmmədovu müsabiqənin finalında uğurlu çıxışına və mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirdiyinə görə təbrik etmişdir.

Mehriban xanım Əliyeva artıq altıncı dəfədir ki, "Eurovision" mahnı müsabiqəsində ölkəmizin uğurla təmsil olunduğunu vurğulamışdır. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın bu müsabiqədə yüksək səviyyədə iştirakının dövlətimiz tərəfindən daim dəstəkləndiyini qeyd etmiş, ölkəmizin bütün bu uğurlara qısa zamanda nail olduğunu bildirmişdir. Mehriban xanım Əliyeva bütün bu uğurları həm də böyük bir komandanın nailiyyəti kimi dəyərləndirmişdir.

Azərbaycanın müsabiqədə həmişə yüksək yerlərdə qərarlaşdığını vurğulayan Azərbaycanın birinci xanımı ölkəmizi "Eurovision-2013"də təmsil edən Fərid Məmmədovu bir daha təbrik etmiş, ona uğurlar arzulamışdır.

Fərid Məmmədov da ona göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir.

Sonda xatirə şəkli çəkdirilmişdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.