Xəbərlər

"Unibank" kreditlərin ödənilməsini asanlaşdırır
07 iyun, 2013 21:50

"Unibank" müştəriləri üçün kredit ödənişini və sifarişini bir qədər də rahat etdi. Artıq filiallara gəlmədən, "MilliÖn" ödəniş terminallarında da krediti sifarişi və kredit ödənişlərini etməklə, "Unibank" müştəriləri öz vaxtlarına daha çox qənaət etmiş olacaqlar. Bu barədə cümə günü bankdan  daxil olan məlumatda bildirilir.

Kredit ödənişi üçün müştəri "MilliÖn" terminalına mobil telefon nömrəsini və şəxsiyyət vəsiqəsinin PİN kodunu daxil edir və ekranda göstərilən siyahıdan ödəyəcəyi krediti seçərək, məbləği qəbulediciyə daxil edir. Ödə (və ya İrəli) düyməsini aktivləşdirdikdən sonra, müştəriyə ödəniş çeki təqdim olunur.

"Unibank" müştərilərə filiallara gəlmədən, istənilən "MilliÖn" ödəniş terminalında həmçinin kredit sifarişi edə bilər. Bunu üçün müştəri şəxsiyyət vəsiqəsinin PİN kodunu və əlaqə üçün mobil telefon nömrəsini daxil etməlidir. Bankın əməkdaşları təhlil aparır və nəticəyə uyğun olaraq istifadəçiyə ayrılacaq kredit məbləği və şərtləti barədə məlumat verilir.

"Unibank" öz müştəriləri üçün kredit sifarişini və ödənişini kifayət qədər asanlaşdırıb. Bank öz müştərilərinə bank filiallarına gəlmədən, kredit ödənişlərini onlayn, mobil əlavələrin köməyi ilə və eləcə də bankomatlar və cash-in aparatlarının köməyi ilə həyata keçirmək imkanı yaradıb. "Unibank" müştəriləri elə evlərindən və ya iş yerlərindən http://www.unibank.az/ saytına daxil olmaqla, onlayn kredit ödənişi və sifarişi sistemindən istifadə edərək, kredit sifariş edə və ya ödəyə bilirlər. Ölkə bankları içərisində "Unibank" ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını "Unibank"ın ATM-də qeydiyyata daxil edərək, "Unibank"da olan kredit ödənişlərini həyata keçirə bilir. Bu imkan kredit sifarişi üçün də yaradılıb. "İnfoUnibank" mobil əlavəsinə malik iPhone və "Android" platformasında olan smartfon və planşet sahibləri də kredit ödənşini həyata keçirə bilərlər. "Unibank"ın Cash-in aparatlarının köməyi ilə hər kəs növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.