Əfqanıstanın Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Muhammad Shaker Kargar ANAMA-nın direktoru Nazim İsmayılovla görüşüb.
ANAMA-dan verilən məlumata görə, görüşün əsas məqsədi ikitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan hökuməti tərəfindən Əfqanıstana gələcəkdə göstəriləcək yardımı müzakirə etmək olub.
Görüş zamanı 2014-cü ildən sonra Azərbaycanın NATO-nun Əfqanıstanda sülhün təmin olunması üzrə yeni missiyasında iştirakı Azərbaycanın Əfqanıstanın bərpası işində effektiv humanitar siyasət yürütməsi, bu istiqamətdə bir sıra tədbirlər keçirilməsi, ANAMA-nın iştirakı ilə Əfqanıstan ərazisinin minalardan təmizlənməsi məsələlərinə də toxunulub.
ANAMA 2008-ci ildən etibarən Azərbaycan hökumətinin tapşırığına əsasən, Əfqanıstana qeyri-hərbi sahədə yardım layihəsi çərçivəsində Mina Təhlükəsinə dair Maarifləndirmə və Əfqanıstanda Milli Mina Potensialının yaradılması və inkişaf etdirilməsi sahəsi üzrə yardım göstərib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı