Xəbərlər

"Xalq Bank" Mikayıl Müşfiqin seçilmiş əsərlərini təqdim edir
05 iyun, 2013 23:50

"Xalq Bank" ASC "Xalq Əmanəti" layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin "Seçilmiş Əsərləri"ni geniş ictimaiyyətə təqdim edir.

Bankdan  verilən məlumata görə, şairin əsərlərindən ibarət kitab "Xalq Əmanəti" layihəsi çərçivəsində təqdim edilən sayca səkkizinci nəşrdir. Kitabın təqdimatı "Xalq Bank"ın İnşaatçılar prospekti, 22L ünvanda yerləşən baş ofisində keçirilib.

Təqdimatdan sonrakı günlərdə şairin pərəstişkarları kitabı əldə edə bilərlər. Bu seriyadan olan kitablar hədiyyəlikdir və ölkənin ali, orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. "Xalq Əmanəti" layihəsi "Xalq Bank"ın xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi işinə töhfəsidir.

Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, dövrünün tanınmış ziyalısı Mirzə Əbdülqadir İsmayılzadənin ailəsində anadan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycan Dövlət Darülfünunun (indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti) Dil və ədəbiyyat fakültəsini bitirib (1927-1931).

Əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib.

Repressiyalar dönəmində həbs edilib, 1938-ci il yanvar ayının 6-da güllələnib. İllər sonra tam bəraət alıb və reabilitasiya olunub. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.

Görkəmli bəstəkarlarımız Müşfiqin sözlərinə onlarla gözəl nəğmələr yazıblar. Şairin "Yenə o bağ olaydı", "Oxu, tar", "Küləklər", "Ana" və bir sıra başqa şeirləri dillər əzbəri olaraq Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.