Xəbərlər

Bakıda İpək yolu və Avropa ölkələri arasında investisiya mühitinin inkişafı məsələləri müzakirə edilir
05 iyun, 2013 23:36

1995-ci ildən etibarən Azərbaycan iqtisadiyyatına 144,4 milyard dollar investisiya yatırılıb.  Bu barədə çərşənbə günü Bakıda keçirilən "İpək yolu və Avropa ölkələri arasında investisiya mühitinin inkişafı" illik beynəlxalq konfransının açılış mərasimində İqtisadi İnkişaf Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini Natiq Həsənov bildirib.

Həsənov qeyd edib ki, investisiyaların cəlb edilməsi Azərbaycan hökumətinin diqqət mərkəzindədir: "Azərbaycan Respublikasının gənc dövlət olmasına baxmayaraq, ölkə müstəqillik illərində böyük iqtisadi inkişaf yolu keçib".

Onun sözlərinə görə, Azərbaycanda son illər aparılan islahatlar investisiya mühitinin yaxşılaşdırılmasına və bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə yönəlib.

Həsənov bildirib ki, investisiyaların əhəmiyyətli hissəsi (37 faiz) neft sektoruna cəlb olunub: "Azərbaycan Xəzər dənizini xarici şirkətlər üçün açıq elan edən ilk ölkə oldu. Ölkədə dünyanın aparıcı şirkətləri ilə birgə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və b. böyük layihələr həyata keçirilir".

Onun sözlərinə görə, onlardan 73,2 milyard dollar (51 faiz) xarici investisiyalar təşkil edir.

Həsənov əlavə edib ki, iqtisadiyyatın neft sektorundan qeyri-neft sektoruna yönəldilməsi ölkə inkişafının növbəti mərhələsidir: "Son illərdə qeyri-neft sektoruna yatırılan investisiyaların həcmi artır. Bütün yuxarıda sadalananlar davamlı və sabit iqtisadi inkişaf üçün bünövrə yaratdı. Son 10 il ərzində ÜDM 3,5 dəfə, sənaye istehsalının həcmi isə 2,8 dəfə artıb. Azərbaycan inkişaf templərinə görə MDB dövlətlərini qabaqlayır və ölkə Cənubi Qafqazda aparıcı iqtisadi mərkəzə çevrilib. Bundan əlavə, Azərbaycan Türkiyə, Gürcüstan və Rumıniya daxil olmaqla xarici ölkələrə investisiya yatırmağa başlayıb".

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.