Cəlal Əliyev "Şərəf" ordeni ilə təltif edilib
04 iyun, 2013 22:15
Azərbaycan Prezidenti İlham Əliyev Cəlal Əliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında elmin inkişafında xidmətlərinə və ictimai-siyasi həyatda fəal iştirakına görə Cəlal Əlirza oğlu Əliyev "Şərəf" ordeni ilə təltif edilsin.