Bərdə rayonunun kəndinə təbii qaz verilib
04 iyun, 2013 22:01
Bərdə rayonunun Əliyanlı kəndinə təbii qazın verilişi bərpa edilib.
ARDNŞ-nin rəsmi saytına istinasən məlumat verir ki, iyunun 4-də bu münasibətilə keçirilən tədbirdə bildirilib ki, 275 abonenti olan Əliyanlı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 21 054 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 26 ədəd siyirtmə, 275 sayğac və fərdi tənzimləyici quraşdırılıb.