Xəbərlər

Bakıda "Sülh kuboku" yarışması keçiriləcək
04 iyun, 2013 21:59

Azərbaycanlı Tələbələrin İnkişaf Koalisiyası (CASE), "Biz İnkişaf Zamanındayıq" (BİZ) İctimai Birliyinin təşkilatçılığı ilə iyunun 5-6-da Azərbaycanın 9 bölgəsindən olan məktəblilər və amerikalı sülhməramlı korpus könüllüləri arasında "Sülh kuboku" adlı Azərbaycan və ingilis dillərində bilik yarışması keçiriləcək. Bu barədə çərşənbə axşamı  CASE-dən bildiriblər.

Sosial layihə Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, ABŞ-ın Azərbaycan səfirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Layihənin əsas məqsədi Azərbaycan haqqında məlumatların ingilis dilində intellektual oyun şəklində məktəblilərə çatdırılması, Amerikalı Sülhməramlıların Azərbaycan mədəniyyəti ilə yaxından tanış olması üçün imkan, Bölgələrdə yaşayan məktəblilər üçün vaxtın səmərəli və əyləncəli keçirilməsi üçün şəraitin və ABŞ təhsilli tələbələrlə məktəblilər arasında güclü şəbəkənin yaradılmasıdır.

Həyata keçiriləcək layihədə Sumqayıt, Şabran, Şəki, Tovuz, Mingəçevir, Yevlax, Ağcabədi, Lənkəran və Siyəzəndən 36 nəfər 9-cu və 11-ci sinif şagirdləri, həmçinin onlarla birgə fəaliyyət göstərən və müxtəlif sosial və ekoloji layihələr keçirən 9 amerikalı, Sülhməramlı Korpusun Könüllüləri (Peace Corps Volunteers) iştirak edəcəklər.

Bilik yarışmasında bütün suallar Azərbaycan və Amerika Birləşmiş Ştatlarının mədəniyyətini, tarixi, coğrafiyası və münasibətlərini özündə əks etdirəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.