Xəbərlər

Vətəndaşlar Azad Rəhimova güzəştli ipoteka krediti almaq üçün müraciət ediblər
04 iyun, 2013 21:58

Gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhərində vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Şirvan şəhər Mədəniyyət Mərkəzində keçirilən qəbulda Şirvan şəhəri, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarından 40-dan çox vətəndaş iştirak edib.

Müraciət edən vədəndaşların çoxu güzəştli ipoteka krediti almaq (12 nəfər) və idman sahəsində fəxri ad almaq (10 nəfər) üçün kömək istəyib. Qalan vətəndaşlar isə rayonlarda gənclər mərkəzinin tikintisi, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi xahişi ilə, gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək üçün, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda Gənclər və İdman Nazirliyinin aparat rəhbəri və şöbə müdirləri də iştirak ediblər.

Vətəndaşların Gənclər və İdman Nazirliyinə aid olan müraciətlərindən bəziləri qəbul zamanı elə yerindəcə həllini tapıb. Nazir Azad Rəhimov digər məsələlərin Bakıda araşdırılması və vətəndaşların müraciətlərinin müsbət həlli üçün müvafiq tapşırıqlar verib.

Qəbuldan sonra nazir Azad Rəhimov Şirvan şəhərinin, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarının gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar verib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.