Xəbərlər

Azərbaycan Prezidenti, dövlət və hökumət rəsmiləri Əlövsət Baxışovun vəfatı ilə əlaqədar başsağlığı veriblər
03 iyun, 2013 21:19

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Respublika Veteranlar Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü 2013-cü il iyun ayının 3-də ömrünün 91-ci ilində vəfat etmişdir.

Əlövsət Baxışov 1923-cü il martın 3-də Quba rayonunun Amsar kəndində anadan olmuşdur. 1942-ci ildə orta məktəbi və müəllimlik kurslarını bitirdikdən sonra bir müddət Qubanın Xanəgah kənd məktəbində dərs demişdir. O, 1943-cü ildə hərbi xidmətə çağırılmış, İkinci Dünya müharibəsindən sonra 1950-ci ilin mart ayınadək ordu sıralarında qulluq etmişdir.

Əlövsət Baxışov 1952-ci ildə Müəllimlər İnstitutunun tarix fakültəsini, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini, 1958-ci ildə Bakı Ali Partiya Məktəbini, 1978-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir.

Ordudan tərxis olunduqdan sonra Əlövsət Baxışov 1950-1951-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sistemində çalışmışdır. 1951-1952-ci illərdə Quba Rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur. Sonrakı dövrlərdə o, partiya və sovet orqanlarında müxtəlif vəzifələr tutmuşdur. 1952-1953-cü illərdə Quba Rayon Partiya Komitəsinin katibi, 1953-1954-cü illərdə Quba Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, 1958-1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı və məsul təşkilatçısı olmuşdur. O, 1959-1979-cu illərdə Dəvəçi, Şamaxı, Masallı və Gədəbəydə Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir. 1979-cu ildən etibarən kənd təsərrüfatı sahəsində çalışmağa başlayan Əlövsət Baxışov 1992-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində baş idarə rəisi vəzifəsində işləmişdir.

1992-ci ildən etibarən Əlövsət Baxışov öz həyatını Azərbaycan Respublikası Veteranlar Şurası ilə bağlamışdır. O, burada ayrı-ayrı vəzifələri tutmuş, o cümlədən daimi komissiya sədri, məsul katib və sədrin birinci müavini kimi çalışmış, 2008-ci ildə isə həmin təşkilatın IV qurultayında Şuranın sədri vəzifəsinə seçilmişdir. Onun sədrlik dövrü gənclərin vətənpərvərlik tərbiyəsi işinə xüsusi diqqətin göstərilməsi, Şuranın həm ölkədaxili fəallığı, həm də MDB və dünya veteranlar şuraları üzrə əlaqələrinin genişləndirilməsi ilə səciyyələnmişdir. Əlövsət Baxışov harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, öz işinə böyük məsuliyyət hissi ilə yanaşmış, yüksək işgüzarlıq və gözəl təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir.

Əlövsət Baxışov daim ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmiş, dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Əlövsət Baxışovun fəaliyyəti dövlət tərəfindən həmişə layiqincə qiymətləndirilmişdir. O, müxtəlif orden və medallarla təltif edilmiş, müstəqil Azərbaycan Respublikasının ali təltifi olan "Şöhrət" ordeninə layiq görülmüşdür.

Tanınmış ictimai xadim, xeyirxah və təvazökar insan Əlövsət Baxışovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasi-zadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Səfər Əbiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əli Həsənov
İsmət Abasov
Fəttah Heydərov
Mübariz Ağayev
Surxay Tağızadə

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.