Xəbərlər

Azərbaycanda müəyyən kateqoriyadan olan insanların tarixi abidələri pulsuz ziyarət etməsi məsələsinə baxıla bilər
03 iyun, 2013 20:55

Gələcəkdə Azərbaycanda tarixi abidələri ziyarət edənlərin sayı çoxalsa və hansısa təbəqəyə güzəştli xidmətin göstərilməsinə ehtiyac yaransa, onda müəyyən kateqoriyadan olan insanların muzeylərdən, tarixi abidələrdən pulsuz istifadə etməsi məsələsinə baxıla bilər. Bunu  Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.

Bu məsələnin nazirliyin daxili işi olduğunu bildirən nazir müavini tarixi abidələri ziyarət edənlərin sayının çoxalmasında maraqlı olduqlarını söyləyib.

O, qeyd edib ki, ancaq bu gün Azərbaycanda tarixi abidələrin ziyarəti zamanı müəyyən kateqoriyadan olan insanlar üçün güzəştin tətbiqi müzakirə mövzusu deyil. Çünki hazırda insanların çoxu abidələri pulsuz ziyarət edir: "Yəni bizdə pullu giriş çox azdır, çox adam muzeylərə, abidələrə pulsuz baxır. Çünki insanlar uzun müddət ya qoruğun ərazisində, ya da yaxınlığında yaşayıblar. Həmin ərazilərə pulsuz daxil olub çıxıblar. İndi birdən-birə onlara deyəndə ki, siz pul ödəməlisiniz, o pulu onsuz da ödəmirlər".

V.Əliyev bildirib ki, hazırda Azərbaycanda muzeyləri və tarixi abidələri pulsuz ziyarət edə bilən konkret güzəştli təbəqə yoxdur və belə kateqoriyadan olan insanlar müəyyənləşdirilməyib. Çünki təlimatlarda da pullu xidmətin göstərildiyi tarixi bir məkanda güzəştin tətbiqi nəzərdə tutulmur. Hazırkı dövrdə isə Azərbaycanda tarixi abidələrin pulsuz ziyarət edilməsi üçün Mədəniyyət və Turizm Nazirliyindən icazə alınmalıdır. Bu halda şagirdlər, eləcə də digər qruplar tarixi abidələri pulsuz ziyarət edə bilərlər.

Nazir müavini deyib ki, Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə şagirdlərin tarixi abidələri pulsuz ziyarət etməsi halları çox olur. Ancaq şagirdlərə bu imkanın verilməsi ilə bağlı konkret olaraq qanunvericilikdə və ya təlimatlarda xüsusi maddə nəzərdə tutulmayıb: "Sadəcə, biz dövlət qurumu olaraq və marağı nəzərı alaraq, belə hallara istisna hallarda icazə veririk. Gəlsinlər, pulsuz ziyarət etsinlər, pulsuz çəkiliş aparsınlar. Ancaq yəqin ki, gələcəkdə belə halların da qarşısını almağa çalışacağıq".

Qeyd edək ki, Türkiyədə KİV nümayəndələri, şagirdlər və tələbələr tarixi abidələri pulsuz ziyarət edə bilirlər.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.