Xəbərlər

Lənkəran-Astara iqtisadi rayonunda qazlaşdırma davam edir
03 iyun, 2013 20:46

Lənkəran-Astara iqtisadi rayonunda qazlaşdırma davam edir.

ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, cari ilin əvvəlindən başlayaraq Lənkəran şəhərinin və rayonun Ürgə kəndinin qaz təchizatı şəbəkəsinin yenidən qurulması, eləcə də Narbağı, Qurunba, Rvo, Şağlaküçə, Kərgəlan, Səbir, Türkəkəran, Şürük, Yuxarı Nüvədi, Moğnojoba, Seyidəkəran, Tütəpeştə, Səpnəkəran, Boladi, Çayrub, Gərmətük, Sütəmurdov, Sinovlu, Mamusta, Balaşürük, Veravul, Havzava, Bürcəli, İstisu, Velədi, Siyəvar, Girdəni, Şıxakəran, Daşdalıqcar, Parakənd və Kənarmeşə kəndlərinin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 377 kilometr olan müxtəlif diametrli qaz kəmərləri çəkilib.

Astara rayonunun Təngərüd kəndi ərazisindəki 50 evdən ibarət yaşayış massivinin, Züngüləş, Sərək, Şüvi, Vəznəş, Siyəkəran, Penser, Kakalos, Şahağacı, və Siyətük kəndlərinin qazlaşdırılması və Kijəbə kəndinə gedən 500 mm-lik orta təzyiqli qaz kəmərinin yenidən qurulması işləri çərçivəsində 41,9 kilometr uzunluğunda qaz kəmərləri çəkilib.

Lerik rayonunun Təngəbin, Anzulu, Veri, Rəzqov, Mistan, Qosmalyan, Amburdərə, Kəlvəz, Göydərə, Pirəsora və digər kəndləri üçün daşıyıcı qaz xətləri çəkilib, Andurma, Şinəband, Zərküməco, Mondigah, Nuravud və Barzavu kəndləri qazlaşdırılıb, bu məqsədlə 28,6 kilometr uzunluğunda borular quraşdırılıb.

Masallı rayonunun sənaye obyektlərinin qazlaşdırılması məqsədilə "Təzə Alvadı" qazpaylayıcı stansiyasından cəkilən orta təzyiqli qaz kəmərinin tikintisi, eləcə də rayоnun Kürdəbaz, Qarğalıq, Şəhriyar, 1-ci Yeddioymaq və Qızılavar kəndlərinin qazlaşdırılması üçün 25,7 kilometr uzunluğunda bоru хətti inşa olunub.

Cəlilabad rayonunun Seyidbazar, Hasıllı, Hacı İsmayıllı, Qarazəncir, Maşlıq və Təzəkənd kəndlərinin, həmçinin Yardımlı rayonunun Bozayran və Ünəc kəndlərinin qazlaşdırılması üçün ümumilikdə 44 kilometr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.