"Barselona" Fabreqası fantastik qiymətə satmağa hazırdır
31 may, 2013 21:39
İspaniyanın "Barselona" komandası 26 yaşlı yarımmüdafiəçisi Sesk Fabreqasla yollarını ayırmaq niyyətində deyil.
"AS" qəzetinə istinadən verdiyi məlumata görə, belə deməyə klubun Fabreqasın transfer qiymətini 200 milyon avro həcmində qiymətləndirməsi əsas verir.
Fabreqası heyətində görmək istəyən komanda bu vəsaiti kompensasiya qismində ödəməlidir.
Qeyd edək ki, dünya və Avropa çempionu ilə İngiltərə klubları fəal maraqlanır.