Xəbərlər

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
29 may, 2013 21:10

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan münaqişəsi, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin inkişafından məmnunluq bildirilib, xüsusilə enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinin formalaşması yüksək qiymətləndirilib. Bu əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq bildirib ki, münaqişənin həllinin uzanması regionda sülh və sabitliyin bərqərar olunmasına əsas əngəldir. Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu münaqişənin həllinə əsas maneə hesab edərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.