Xəbərlər

Azərbaycan-Kanada işgüzar görüşü keçirilib
29 may, 2013 21:02

Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Bakıda səfərdə olan Kanadanın Alberta vilayətinin Kənd Təsərrüfatı və Regionların İnkişafı Nazirliyinin Ticarətin İnkişafı və Beynəlxalq Əlaqələr Departamentinin nümayəndəsi Grand Vintonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı regional layihələr və AZPROMO-nun fəaliyyəti barədə məlumat verib.

Vinton ölkəsində Azərbaycan iqtisadiyyatına böyük maraq göstərildiyini, Azərbaycan-Kanada iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.

Görüş çərçivəsində Kanadanın kənd təsərrüfatı sahəsində, o cümlədən heyvandarlıq, kənd təsərrüfatı avadanlıqlarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən şirkətlərinin təqdimatları dinlənilib.

Tədbir zamanı Azərbaycanın investisiya imkanları barədə müzakirələr aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb və AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

Tədbirin sonunda iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.