Türkiyənin ali futbol qurumu superkubok oyununun Bakıda keçirilməsi üçün rəsmi müraciət etdi
29 may, 2013 20:55
"Qalatasaray" və "Fənərbağça" komandaları arasında bu il avqustun 11-də Türkiyə Superkuboku uğrunda keçiriləcək oyunun Bakıda təşkil olunması ilə bağlı Türkiyə Futbol Fedrasiyası AFFA-ya rəsmi məktub ünvanlayıb.
Qurumun rəsmi saytına istinadən məlumat verir ki, AFFA tərəfindən bu müraciətə iyunun 3-dək cavab verilməsi xahiş olunub.