Prezident İlham Əliyev ABŞ senatoru Riçard Luqarı qəbul edib
29 may, 2013 20:54
Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da ABŞ senatoru Riçard Luqarı qəbul edib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, Bakıda keçirilən "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun yüksək səviyyədə təşkil olunduğu qeyd edildi, Forumun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulandı.