"Neftçi"dən "qızıl dubl"
28 may, 2013 22:58
Bu gün 20-ci Azərbaycan kubokunun final oyununda "Neftçi" və "Xəzər Lənkəran" klubları qarşılaşıblar.
Gərgin keçən oyunun əsas vaxtında qapılara qol vurulmayıb.
Matça əlavə olunan vaxtlarda da qol qeydə alınmadığından, oyunun taleyinə penalti zərbələrindən sonra aydınlıq gətirilib. Burada "Neftçi" "Xəzər Lənkəran"dan üstün olub - 5:3.
Beləliklə, 2012/2013-cü il mövsümündə çempion olan "Neftçi" 20-ci Azərbaycan kubokuna da sahib çıxaraq "qızıl dubl"a imza atıb.