Xəbərlər

Dubayda 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul mərasimi keçirilib
28 may, 2013 22:47

28 May - Respublika Günü münasibətilə Azərbaycanın Dubaydakı Baş konsulluğu tərəfindən rəsmi qəbul mərasimi keçirilib.

Konsulluqdan  verilən məlumata görə, təntənəli mərasimdə Dubay Əmirliyinin dövlət və qeyri-hökumət təşkilatlarının rəsmiləri, Dubayda akkreditə olunmuş baş konsullar, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin əməkdaşları, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "Azərbaycan Hava Yolları" QSC-nin regional ofislərinin təmsilçiləri, BƏƏ-də fəaliyyət göstərən azərbaycanlı və yerli iş adamları, mətbuat və ictimaiyyət nümayəndələri və diaspor üzvləri iştirak ediblər.

Tədbirdə Dubay Əmirliyini fəxri qonaq qismində Birləşmiş Ərəb Əmirliklərinin səhiyyə naziri Əbdürrəhman Məhəmməd əl-Uveys təmsil edib.

Tədbiri giriş nitqi ilə baş konsul Pərviz İsmayılzadə açaraq, 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olduğunu qeyd edib. Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu bildirən P.İsmayılzadə cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə bir sıra nailiyyətlər əldə olunduğunu, qadınlara seçki hüququ verildiyini, Azərbaycan dilinin dövlət dili elan edildiyini, universitet təsis olunduğunu, nizami milli ordu və təhlükəsizlik strukturlarının qurulduğunu diqqətə çatdırıb.

Yeni tarixi şəraitdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında təşəkkül tapmış Azərbaycan Respublikasının öz müstəqillik və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardığını qeyd edən P.İsmayılzadə bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda siyasi, iqtisadi və sosial islahatların uğurla həyata keçirildiyini, iqtisadiyyatın sürətlə inkişaf etdirildiyini xüsusi vurğulayıb.

Tədbir zamanı Azərbaycanda bütün sahələrdə aparılan islahatlardan, əldə olunmuş nailiyyətlərdən bəhs edən "Azerbaijan: Land of future" sənədli filmi nümayiş etdirilib, ölkəmiz haqqında müxtəlif buklet və broşürlərdən ibarət çantalar qonaqlara hədiyyə edilib.

Mərasimin sonunda bayram tortu kəsilib, rəsmi ziyafət süfrəsi verilib. Tədbirlə əlaqədar Bakıdan xüsusi olaraq dəvət olunmuş gənc istedadlı pianoçu Pünhan Qocayevin ifa etdiyi Azərbaycan təranələri mərasimə əsl bayram təntənəsi bəxş edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.