Xəbərlər

Respublika Günü Türkiyədə də qeyd edilib
28 may, 2013 22:36

Mayın 27-də Azərbaycanın Türkiyədəki səfirliyi Ankaranın Yenimahalle rayonunda yerləşən Heydər Əliyev Parkında Azərbaycan Demokratik Respublikasının quruluşunun 95-ci ildönümü və Ümummilli liderimizin anadan olmasının 90 illiyi münasibətilə rəsmi qəbul keçirib.

Səfirlikdən  verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlam, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız, daxili işlər naziri Muammer Güler, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Necdet Ünüvar başda olmaqla, Türkiyənin çox sayda millət vəkili, Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, ordu generalı Hulusi Akar, Quru Qüvvələri Komandanı, ordu generalı Hayri Kıvrıkoğlu, Dəniz Qüvvələri Komandanı, admiral Murat Bilgel, Hava Qüvvələri Komandanı, ordu generalı Mehmet Erten və Türkiyə silahlı qüvvələrinin yüksək rütbəli çox sayda zabitləri, sabiq nazirlər və millət vəkilləri, ictimai xadimlər, elm və incəsənət xadimləri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, XİN-in yüksək vəzifəli rəsmiləri, diaspor nümayəndələrimiz, tələbə və müdavimlərimizlə yanaşı, KİV nümayəndələri iştirak ediblər.

Geniştərkibli möhtəşəm tədbir iki qardaş ölkənin liderləri Heydər Əliyev və Mustafa Kamal Atatürk, eləcə də, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından himnlərin səsləndirilməsi ilə başlayıb.

Ardından səfir Faiq Bağırov, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız, DİN rəhbəri Muammer Güler və Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlam iki qardaş ölkə arasındakı əlaqələri və Heydər Əliyev dühasının ölkəmizə etdiyi əvəzsiz xidmətlərdən geniş şəkildə çıxış ediblər.

Daha sonra Eurovision mahnı müsabiqəsində ikinci yerə çıxmış Fərid Məmmədovun ifasında mahnılar səsləndirilib, Azərbaycan Dövlət Rəqs Ansamblının ölkəmizə xas milli rəqsləri nümayiş etdirilib.

Ardından 28 May Respublika Günü münasibətilə hazırlanmış tort kəsilib və tədbir iştirakçılarına möhtəşəm ziyafət verilib.

Qeyd edək ki, tədbir iştirakçılarına türk dilində nəşr etdirilmiş "Heydər Əliyev" və "İlham Əliyev" kitabları ilə yanaşı "İrs-Miras" və "Diplomatik Atlas" jurnalları təqdim olunub.

ARDNŞ tərəfindən təmir edilərək müasir hala gətirilmiş Ankarada yerləşən nəhəng Heydər Əliyev parkı çoxsaylı qonaqlarda xoş təəssürat yaradıb, ölkəmiz haqqında müsbət fikirlərin möhkəmlənməsinə səbəb olub.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.